Evlərin ən vacib və ən çox istifadə olunan otaqlarından biri olan mətbəxlər üçün hər kəsin tərzini əks etdirən saysız seçim təqdim edən metbexmebeli.com göz oxşayan mətbəx dizaynı ilə birgə sizə praktik bir iş sahəsi təqdim edir. Həm müasir, həm də funksional mətbəxlərə sahib olmaq istəyənlər üçün ən optimal variantları özündə cəmləşdirən modelləri bir kliklə əldə edin.
Mətbəx mebeli seçərkən nələrə diqqət yetirilməlidir?
Mətbəx mebeli seçərkən məhsulların dayanıqlılığına diqqət yetirməlisiniz. Məhsulun dayanıqlılğını təyin edən ən vacib amil, şübhəsiz ki, material seçimidir. Şkaf qapıları, gövdə, baza və daxili rəflər eyni materialdan hazırlana bilər və ya müxtəlif materiallardan istehsal olunaraq bir araya gətirilə bilər. Mətbəx şkaflarınızın keyfiyyətini müəyyənləşdirən hissə onların qapılarıdır. Bu elementlər həm keyfiyyət həm də dizyan göstəricisidir. Mətbəx şkafları üçün seçə biləcəyiniz ən keyfiyyətli və qənaətli materiallardan biri də laminatdır. Bu material istiyə və yükə davamlı olmaqla yanaşı həm də təmizlənməsi asandır.
Mətbəx dizaynı zamanı göz önünə alınacaq bir digər nüans dolabların daxili uzunluqlarıdır. Ümumiyyətlə mətbəx dolabları standart yüksəkliklərdə və dərinliklərdə istehsal olunur. İstifadəçilərin böyük əksəriyyəti geniş kabinetlərə üstünlük verirlər. Qabların üst-üstə yerləşə biləcəyi qısa aralıqlarla qoyulmuş rəflər mətbəxiniz üçün daha funksional bir həll olacaqdır.
Soyuducu, qabyuyan maşın, soba mətbəxdə əvəzolunmaz əşyalardır. Hər mətbəxdə olması lazım olan bu əşyalar mətbəx şkafları ilə ahəng təşkil etməlidir. Bunun üçün kuxna mebeli modelleri arasından seçim edərkən  elektorn əşyalarınızın ölçülərini göz önünə almalısınız. Mətbəx dolab qapılarını bu əşyalarınıza uyğun rənglərdə seçərək sadə və göz oxşayan bir mətbəx dizaynı əldə etmiş olarsınız.